Haqqımızda


Muradlı-M MMC ilk olaraq Azərbaycan Respublikasının suverenliyini aldığı ildən etibarən Muradlı İnşaat mağazaları vasitəsilə müştərilərinə inşaat mallarının topdan satış mərkəzi kimi xidmət göstərmişdir. Bir müddət keçdikdən sonra Sovet ruhunun Azərbaycandan çəkilməsi və müstəqilliyimizin Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasəti sayəsində güclənməsi etibarilə Muradlı İnşaat yerli istehsalata qoyulacaq investisiyaların qaçılmaz olacağını, millətə və dövlətə xidmətin labüdlüyünü önə çıxararaq Panda boyaları markası altında istehsalata başlamışdır.

Boya rəngdir, rəngarənglikdir, boya fərqlilikdir, boya zövqdür.
İstehsal etdiyi məhsulların tərkibini dünyanın ən qabaqcıl ölkələrinin və şirkətlərin (ABŞ, Almanya, Fransa, İtaliya, Braziliya, Türkiyə, Rusiya və digər) kimyəvi xammaddələrindən istifadə edərək keyfiyyətini premiumda tutur. Müştəri rəğbətini qazanaraq ölkə iqtisadiyyatının çiçəklənməsində öz rolu olmuşdur.
Muradlı-M MMC boyadan əlavə Panapol markası altında dekorativ tavan künclüklərinin və tavan göbəklərinin istehsalçısıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İqtisadiyyata göstərdiyi qayğı nəticəsində investisiyaların təşviqi layihəsi çərçivəsində yaradılmışdır. Bu gün dünyanın 10-dan çox ölkəsinə ixracat edən və “Böyük Bazarda” rəqabətə tab gətirən istehsal sahəsinə çevrilmişdir. Hal-hazırda 100 dən artıq dekorativ tavan künclüyü və tavan göbəkliyi çeşidi vardır. Yeni və müasir texnologiyalar əsasında qurulan istehsalat ən yüksək keyfiyyətdə məhsul istehsal etmək imkanı yaradır. Yüksək sıxlıq, naxışların dəqiqliyi və hamar səth, klassik variantda düzəldilmiş poleüretan və gips effektinə oxşar nəticə verir. Ancaq qiymət, keyfiyyət və həcm baxımından daha cəlbedicidir. Panapolun məşhur olma səbəblərindən biridə onun fərqli dekorativ çeşidlərinin ən-ənəvi klassik, müasir və high-tech olmasıdır.Ən böyük üstünlüklərindən biri isə asma tavan və rəng elementləri ilə uyğunlaşmasıdır.

Muradlı-M MMC istehsalatdan savayı GENÇ boya ve verniklərinin və bir çox uzaq şərq və Avropa şirkətlərinin bölgə distributoru kimi fəaliyyət göstərir. Muradlı-M MMC istehsal etdiyi məhsullar İSO 9001;2008 keyfiyyət sertifikatına layiq görülmüş.

Binəqədi şosesi, 4-cü mədən küç., No: 276/1
+994 (12) 401-9000
+994 (50) 268-8848
+994 (12) 401-9001