Muradlı-M MMC-də Karyeranın İlk Addımı

Muradlı-M MMC-də Karyeranın İlk Addımı

Biz Kimləri Axtarırıq?

Muradlı-M MMC olaraq, peşəkar inkişaf yoluna yeni başlayan kimya ixtisaslı gənc məzunlar üçün unikal imkan yaradırıq. Əgər sən də gələcəyin peşəkarı olmaq istəyirsənsə, komandamıza qoşul!


Namizədə Tələblər:

  • Kimya və ya Kimya mühəndisliyi üzrə ali təhsil (ADNSU, BMU, BDU məzunlarına üstünlük verilir)

  • Təcrübə tələb olunmur

  • Kişi namizədlərə üstünlük verilir

  • Diqqətli, məsuliyyətli və komanda ilə işləmə bacarığı


Əsas Vəzifələr:

  • Laboratoriyada test və analizlər üçün nümunələrin hazırlanması

  • Prosedurlara uyğun kimyəvi və fiziki analizlərin həyata keçirilməsi

  • Xammal və qatqı maddələrinin keyfiyyətinə nəzarət

  • Gələn nümunələrin analiz olunması və qeydə alınması

  • Nəticələrin dəqiq sənədləşdirilməsi və rəhbərliyə təqdim edilməsi


İş Qrafiki və Şərtlər:

  • İş saatı: 09:00 – 18:00 (6 günlük iş həftəsi, şənbə günü 16:00-dək)

  • İstirahət günü: Bazar

  • Əlavə imkanlar:

    • Korporativ nömrə

    • Şirkət tərəfindən nahar təmin olunur

    • Müasir laboratoriya şəraiti və təlim imkanları


İş Yeri:

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4-cü Mədən küçəsi


Bu fürsəti qaçırmayın

Peşəkar karyeraya ilk addım üçün əla imkandır.


Müraciət Üsulu:

CV-nizi mövzu hissəsində “Laborant” qeyd etməklə suray@muradli.com.az ünvanına göndərin.