1992
-
indiyədək
History Timeline
1992

Əsası qoyuldu

Şirkət ailə biznesi kimi fəaliyyətə başladı. Bir çox məhsulun topdan satişi ilə məşğul olmağa başladı

2000

İlk böyük zavodun açılışı

Artan tələbat nəticəsində şirkət su bazlı (emulsiya) məhsulların idxalına başladı.

2003

İlk yerli boya istehsalı

İlk yerli boya istehsalına start verildi. "Muradlı M" Azərbaycanda boya istehsal edən ilk yerli şirkətlərdən biri oldu.

2008

Beynəlxalq standartlara keçid

ISO 9001 keyfiyyət idarəetmə sistemini tətbiq etməklə, Panda Boyaları sənayedə etibarlı və qabaqcıl brendlərdən birinə çevrildi.

2009

Panda Boya

"Panda Boya" brendi yaradıldı və məhsullar bu ad altında istehsal olunmağa başladı.

2015

Panapol

Panapol brendi altında ilk dəfə Azərbaycanda dekorativ divar künclüklərinin istehsalına start verildi. Bu innovativ məhsul interyer dizaynında yeni imkanlar açdı və bazarda rəqabətli üstünlük yaratdı.

2017

Tədqiqat və İnkişaf (R&D) Mərkəzinin yaratılması

Texnologiya və innovasiya şirkətin əsas prioritetlərindən biri oldu. Yeni laboratoriyanın açılması Panda boyaları dünya standartlarına uyğun rəng və örtük texnologiyalarını inkişaf etdirməyə imkan verdi.

2018

Taxta örtükləri

"Muradlı M", mebel istehsalçıları üçün xüsusi formulalar əsasında hazırlanmış boyaların istehsalına başladı.

2020

Regionda lider mövqe

Şirkət Cənubi Qafqaz və Orta Asiya bazarlarına çıxış edərək məhsullarını beynəlxalq müştərilərə təqdim etdi. Yeni innovativ formulalar və ekoloji təmiz istehsal texnologiyaları tətbiq edildi.

2024

Davamlı inkişaf və yaşıl texnologiyalar

Şirkət istehsal prosesində ekoloji cəhətdən dayanıqlı həllərə üstünlük verərək, karbon izini azaltmaq və ekoloji məsuliyyət daşımaq üçün yeni strategiyalar tətbiq etdi.