Karyera
İş qrafiki:
İş vaxtı: 09:00 – 18:00 (6 günlük iş həftəsi, şənbə günü 09:00–16:00)
İstirahət günü: Bazar günü
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 4-cü Mədən küçəsi
Təhsil: Ali texniki təhsil ( Ali təhsil arzuolunandır)
Bəy namizədlər İş təcrübəsi:
İstehsalat sahəsində minimum 3 il təcrübə
Fiziki sağlam
Dəqiq və məsuliyyətli
İdarəçilik bacarığı
Güclü ünsiyyət və danışıq qabiliyyəti
Təzyiq altında və dəyişkən iş qrafikində işləmək bacarığı
- İstehsalat avadanlıqlarının iş fəaliyyətini izləmək və avadanlıqda meydana gələn nasazlıqların qarşısını almaq məqsədilə profilaktik tədbirlər görmək.
- İstehsalatın dayanmadan davam etməsi üçün təmir işlərini təxirəsalınmaz şəkildə həyata keçirmək.
- Avadanlıqların quraşdırılması və işə salınmasında iştirak etmək, düzgün işləməsini təmin etmək. - Avadanlıqların qəliblərinin dəyişilməsi.
- İstehsalat proseslərində qarşılaşılan problemləri təhlil edərək, onların həlli üçün mexaniki yanaşmalar hazırlamaq.
- Avadanlıqların funksionallığını və məhsuldarlığını artırmaq üçün lazımi texniki tələbləri müəyyənləşdirərək, şirkətə uyğun alətlər və materiallar təmin etmək.
- İstehsalat avadanlıqlarının təhlükəsiz istifadəsini təmin etmək, hər hansı bir avadanlıq nasazlığı və ya səhv işləmə nəticəsində yarana biləcək təhlükələri minimuma endirmək.
- İş yerində əməyin təhlükəsizliyinə dair müvafiq tədbirlər görmək və işçiləri texniki təhlükəsizliklə bağlı məlumatlandırmaq.
- İstehsalat proseslərinin təhlilini aparmaq və baş verən hər hansı bir nasazlıq və ya problemlə bağlı müvafiq hesabatlar hazırlamaq.
- Təmir və texniki xidmətlə bağlı hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək və mövcud təkmilləşdirmə imkanları barədə tövsiyələr vermək.
- Texniki hesabatlarda avadanlıqların iş vəziyyəti, təmir və servis işlərinin nəticələri haqqında detallı məlumatlar vermək.
- İstehsalatda istifadə olunan materialların, ehtiyat hissələrinin və avadanlıqların effektiv istifadəsini təmin etmək, lazımsız xərc və itkilərin qarşısını almaq.
- Texniki xidmət və təmir işlərinin müntəzəm olaraq həyata keçirilməsini təmin etmək, planlaşdırılmış işlərin vaxtında yerinə yetirilməsini nəzarət etmək.
Nahar şirkət tərəfindən verilir